Ukraynadan Rusiya təbii qazı ilə bağlı AÇIQLAMA
Ukrayna, Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Şurası məlumat yayıb.
Açıqlamada təbii qaz məsələsinin yalnız Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin gündəmə gətirəcəyi təqdirdə müzakirə oluna biləcəyi vurğulanıb.
Ukrayna Administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.
Qeyd edək ki, Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 2019-cu il dekabrın 30-da imzalanan hökumətlərarası saziş, 2021-2024-cü illər ərzində Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qazın tranzitini nəzərdə tutur.
Ülkər Abdurahmanlı