azia.az
azia.az

Mahaçqalada hava limanındakı iğtişaşlarda 20-dən artıq insan xəsarət alıb

30-10-2023, 09:07

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar nəticəsində 20-dən artıq insan xəsarət alıb.

Bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlardan 10 nəfəri rayon xəstəxanalarındadır, ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi