azia.az
azia.az

ÜST-dən həyəcan TƏBİLİ - “Təcili peyvənd olunun”

10-10-2023, 09:52

COVID-19 təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusdan və mövsümi qripdən qorunmayan hər kəsi, xüsusilə risk qrupuna daxil olan şəxsləri təcili peyvənd almağa çağırıb.

Azia.az  xəbər verir ki, bu barədə ÜST-nin Mətbuat Xidməti məlumat yayıb.

“Həm COVID-19, həm də mövsümi qripdən qorunmayan insanlar, xüsusən də ən həssas və risk altında olan insanlar peyvəndlə bağlı istənilən təklifi qəbul etməlidirlər”, - Mətbuat Xidməti qeyd edib.

Təşkilat əlavə edib ki, peyvənd həmişə aktual olaraq qalır və tənəffüs yolları yoluxucu infeksiyalarının qarşısını almaq və fəsadlarını azaltmaq üçün vacibdir.(Oxu.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi