Fransa məktəblərində müsəlman geyimləri qadağan edilir
Fransa hakimiyyəti məktəblərdə abayanın - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən ənənəvi müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.
Bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib.
Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək./APA