""Vaqner" sağdır və Belarusda yaşayacaq" - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, "Vaqner" qrupu Belarus ərazisində qalacaq.
Bu barədə BELTA məlumat yayıb.
Belarus lideri qeyd edib: "Kimlərinsə xoşuna gəlməsə də "Vaqner" yaşadı, "Vaqner" sağdır və "Vaqner" Belarusda yaşayacaq. Priqojin və mən "Vaqner"in ölkəmizdə necə yerləşəcəyi ilə bağlı bir sistem qurmuşuq".