azia.az
azia.az

35 ölkə Parisdə keçiriləcək olimpiadanı boykot etməyə HAZIRDIR

15-08-2023, 08:41

Ukrayna və daha 34 ölkə “Ədalətli idman naminə” beynəlxalq koalisiya yaradıb.

Xəbər verilir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.



Onun sözlərinə görə, Rusiya və Belarus idmançılarının iştirakına icazə verilərsə, koalisiya üzvləri 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyə hazırdırlar.

Ukraynanın gənclər və idman naziri, ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Vadim Qutçayt bir müddət əvvəl bildirib ki, ruslar və belarusların neytral statusda olmasına icazə verilsə belə, ukraynalı idmançılar 2024-cü il Yay Olimpiya Oyunlarında iştirak edəcəklər.

“Rusiya və Belarusun yarışda iştirakına icazə verilərsə, biz birlikdə Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyə hazırıq.  Beynəlxalq Olimpiya Komitəsinin (BOK) düzgün qərar verəcəyini və təcavüzkarı qətiyyətlə olimpiadadan uzaqlaşdıracağını gözləyirik”, – deyə Denis Şmıqal Telegram kanalında yazıb.

O, hansı ölkələrin koalisiyaya qoşulduğunu dəqiqləşdirməyib.

Ukrayna Baş nazirinin sözlərinə görə, müharibə başlayandan bəri 340 ukraynalı idmançı və məşqçi həlak olub, 343 idman obyekti zədələnib və ya dağıdılıb.

İqbal Rzayev,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi