azia.az
azia.az

Moskvada eyni əraziyə növbəti dəfə dron hücumu olub

1-08-2023, 09:07

Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib: “Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”.

İlkin məlumata görə, olayda yaralanan olmayıb.

Xatırladaq ki, iyulun 30-da "Moskva Siti"yə dron hücumu olmuşdu. Hadisədə 1 nəfər yaralanmışdı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi