azia.az
azia.az

Oğlum xahiş etməyə fürsət vermədi - Paşinyan

23-05-2023, 09:10

Oğlumdan şikayət ərizəsini geri götürməsini istəməmişəm.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Bu məsələ ilə bağlı birinci danışığımızda Aşot məni bu xahiş və müraciətdən məhrum edib", - baş nazr bildirib.

N.Paşinyan əlavə edib ki, hadisə baş verən zaman ölkədə olmayıb:

"Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, "əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?" Mən bu faktı necə qarşılamalıyam? Bütün vətəndaşların problemləri məhkəmə qaydasında həll edilməlidir".

N.Paşinyan deyib ki, bundan sonra oğlundan məsələ ilə bağlı xahiş etməyə heç bir arqumenti qalmayıb.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir N.Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyasına keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi