Mirzoyan sərhəddəki son toqquşma ilə bağlı ABŞ-a zəng ETDİ
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Derek Xoqan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Mirzoyan Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə baş verən son toqquşmalar barədə məlumat verib.
Tərəflər eyni zamanda Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə dair məsələləri də müzakirə ediblər.konkret.az