azia.az
azia.az

ABŞ: Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir

12-05-2023, 08:52

“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.

 

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

 

“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq”, - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.

 

Vedant Patel qeyd edib ki, toqquşmalar davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir./Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi