Əsgərlər kütləvi zəhərlənərək öldürüldü
40 Ukrayna əsgəri könüllülərin onlara verdiyi köftələri yedikdən sonra ölüb.
Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə könüllülərdən hər hansı yardım, xüsusilə yemək və içki qəbul etmək qadağan edilib.
Ukrayna ordusunda belə bir qadağa 40 ukraynalı əsgərin köftə ilə zəhərlənərək öldürülməsindən sonra tətbiq edilib.
Qeyd olunur ki, köftələri Ukrayna hərbçilərinə könüllülər verib.
Zəhərlənmənin qəsdən olub-olmaması, yoxsa məhsulların keyfiyyətsiz olması ilə bağlı hələlik məlumat verilmir.