azia.az
azia.az

Ukrayna hökuməti keçmiş prezident barədə QƏRAR VERDİ

4-03-2023, 10:40


Ukrayna hökuməti keçmiş prezident Viktor Yanukoviçdən müsadirə edilmiş aktivləri Dövlət Əmlak Fondunun idarəçiliyinə verib.

Azia.az xarici mediaya istinadən xəbər verir ki, bir yaşayış binası, bir mənzil, dayanacaqlar, torpaq sahələri, avtomobillər, gəmilər və qeyri-yaşayış binaları idarəyə verilib.

Nazirlər Kabinetinin qərarı ilə 825,8 və 619,6 kvadratmetr ərazisi olan istirahət-sağlamlıq mərkəzi, mehmanxana-restoran kompleksi, yaşayış evləri də Dövlət Əmlak Fonduna keçib.

Qeyd edək ki, 2022-ci il dekabrın 14-də Ukraynada eks-prezidentin bütün əmlakı, o cümlədən iqamətgahı müsadirə edilib.

Xatırladaq ki, Viktor Yanukoviç 2014-cü ildə hakimiyyətdən uzaqlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi