Yaponiya sahillərində daha bir naməlum kürə tapıldı
Yaponiya sahillərində mənşəyi məlum olmayan daha bir metal kürə tapılıb.
Azia.az xəbər verir ki, bu barədə Fuji televiziyası məlumat yayıb.
Qeyd edək ki, fevralın 21-də ölkənin mərkəzi hissəsində yerləşən Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində şübhəli obyektlər aşkar edilmişdi.
Mütəxəssislərin araşdırmaları zamanı müəyyən olunub ki, tapılan kürənin içi boşdur, lakin o qədər ağırdır ki, yerindən tərpətmək çətindir.