azia.az
azia.az

NATO Çinə XƏBƏRDARLIQ etdi

23-02-2023, 11:50

Çinin Rusiyaya yardımı gözlənilir.

 

Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Associated Press”ə açıqlamasında deyib.

 

O qeyd edib ki, alyans müharibədə iştirak etməsə də, Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcək. Stoltenberq Çinin Rusiyaya silah və ya başqa dəstək verməyə hazır ola biləcəyinə dair hər hansı əlamətin olub-olmaması ilə bağlı suala belə cavab verib:

 

“Biz onların bunu planlaşdırdıqlarına dair bəzi əlamətlər gördük. Əlbəttə ki, NATO müttəfiqi olan Vaşinqton buna qarşı xəbərdarlıq edib, çünki bu baş verməməli olan bir şeydir. Çin Rusiyanın qeyri-qanuni müharibəsini dəstəkləməməlidir”.  

NATO rəhbəri deyib ki, potensial Çin yardımı beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır: “BMT Təhlükəsizlik Şurasının üzvü olan Çin heç bir şəkildə BMT nizamnaməsi və ya beynəlxalq hüququ pozmamalıdır”.

 

Qeyd edək ki, çərşənbə günü Putin Çin Kommunist Partiyasının ən yüksək rütbəli xarici siyasət məmuru Vanq Yini qəbul edib. Bu isə Qərbdə Pekinin Moskvaya daha güclü dəstək təklif etməyə hazır ola biləcəyi ilə bağlı narahatlığı artırıb. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi