Serb mütəşəkkil cinayət təşkilatının lideri Yovan Vukotiçin qətli ilə bağlı İstanbulda tutulan Kavaçki cinayət təşkilatına aid şok görüntülər yayılıb.
Azia.az musavat.com-a istinadən bildirir ki, Kavaçki üzvləri haqqında toplanan rəqəmsal dəlillərdə işgəncələrin fotoları ortaya çıxıb.
İstanbulda villanın həyətinin qazılmasına səbəb olan işgəncələrin fotoşəkilləri Kavaçki cinayət təşkilatı üzvlərinin rəqəmsal materiallarında ortaya çıxıb.
Eyni zamanda villada olan çox sayda uzun lüləli silahların da görüntüləri diqqət çəkib. Kavaçki təşkilatının ikinci adamı olduğu iddia edilən Radoje Zivkoviçin rəqəmsal məlumatlarında İstanbulda qaçırılaraq işgəncələrə məruz qalaraq öldürüldüyü iddia edilən Risto Miyanoviçin də əlləri və ayaqları bağlı halda fotoşəkilləri yayılıb.
2018-ci ildə Türkiyədə yaxalanan və Serbiyada sərbəst buraxıldıqdan sonra qanunsuz olaraq Türkiyəyə qayıdan Skalyarski mütəşəkkil cinayət təşkilatının liderlərindən biri olan Yovan Vukotiç avtomobilində silahlı hücuma məruz qalmışdı. Qətldə şübhəli bilinən Radoje Zivkoviç və Zdravko Perunoviç, eləcə də onlara kömək etdiyi müəyyən edilən şübhəlilər 16 sentyabr 2022-ci ildə keçirilən əməliyyatla yaxalanıb.
Yovan Vukotiçin qətlinə görə Kavaçki təşkilatının ikinci şəxsi olan Mario ləqəbli Radoje Zivkoviç 22 sentyabr 2022-ci ildə həbs edilib.
Musavat.com
Milli.Az