azia.az
azia.az

F-35 təyyarələrini almağa hazırlaşan Almaniya ilə bağlı gizli sənədlər ortaya çıxıb

5-12-2022, 17:26


ABŞ istehsalı olan F-35 döyüş təyyarələrini almağa hazırlaşan Almaniya ilə bağlı gizli sənədlər ortaya çıxıb.

 

 Bundestaq Büdcə Komitəsinə göndərilən məxfi sənəddə Almaniya Müdafiə Nazirliyinin təxminən 10 milyard avroluq alışda mümkün gecikmələr və əlavə xərclərdən narahat olduğu bildirilib.

 

Qeyd olunub ki, sözügedən sənəd Maliyyə Nazirliyi tərəfindən komissiya üçün Müdafiə Nazirliyinin qiymətləndirmələri əsasında hazırlanıb. Sənəddə bildirilib ki, ABŞ tərəfinin təhlükəsizlik tələbləri kifayət qədər mürəkkəbdir və bu, gecikmələri, o cümlədən xərcləri daha da artıra bilər. Parlamentdəki mənbələrdən “AFP”yə verilən məlumata görə, bu gün Müdafiə Nazirliyində Büdcə komitəsindəki koalisiya partiyası üzvlərinin iştirakı ilə fövqəladə iclas keçiriləcək.

 

Dekabrın 14-də Büdcə Komitəsinin layihə üçün ilk maliyyə tranşını təsdiq edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Berlin keçən mart ayında 35 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlamışdı. Almaniya kansleri Olaf Şolz da ötən həftə ABŞ-ın “Lockeed Martin” şirkəti tərəfindən istehsal edilən və dünyanın ən müasir döyüş təyyarəsi kimi tanınan F-35 təyyarələrinin alınması ilə bağlı müqavilənin bu ilin sonuna qədər tamamlanmasını istədiyini söyləmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi