“Danışıq olmayacaq, Rusiyanı məhv etməliyik…” – Ukrayna rəsmisi
“Ukrayna Rusiyanı məhv etməlidir”.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Onları sadəcə məhv etmək lazımdır ki, bir ölkə olaraq indi olduqları sərhədlər daxilində mövcud olmasınlar”, – Danilov Kiyev Təhlükəsizlik Forumunda deyib. Dövlət rəsmisi həmçinin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir əsas yoxdur.
Xatırladaq ki, bundan əvvəl Danilov Ukraynanın qış fonunda hərbi fəallığı azaltmayacağını açıqlamışdı.