Erməni “qanuni oğru” həbsxanadakı bu görüntülərinə görə cəzalandırıldı - VİDEO
Erməni əsilli “qanuni oğru” Qayik Sarkisyanın (Ayko Astrxanski) titulu əlindən alınıb.
Azia.az xəbər verir ki, buna səbəb Qayik Sarkisyanın Rusiyanın Vladimir həbsxanasında olarkən “qanuni oğru” olduğunu danması olub.
Bunu təsdiq edən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Qayik Sarkisyan videodakı şəxsin özü olduğunu etiraf edib. Bundan sonra digər erməni avtoritet Edik Asatryan onun “qanuni oğru” titilunun ləğv edildiyini açıqlayıb.
Məlumat üçün qeyd edək ki, oğru qaydalarına görə “qanuni oğru”lar bu titula sahib olduqlarını heç bir halda gizlədə bilməzlər. Bu baş verdiyi təqdirdə dərhal həmin tituldan məhrum edilirlər.