Türkiyənin PKK terrorçularına qarşı həyata keçirdiyi "Pəncə-Qılınc” əməliyyatında Rusiya və Suriya hava qüvvələri səssiz qalıb.
Bunun səbəbləri müzakirə mövzularından biridir.
"Türkiyə” qəzetinin əldə etdiyi məlumata görə, Rusiya və Suriyanın neytrallığını Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan təmin edib.
"Hakan Fidar Suriya kəşfiyyatının bir nömrəli şəxsi Əli Məmlük ilə keçirdiyi görüş əməliyyatda əhəmiyyətli yol oynadı. Görüşdə Türkiyənin Suriyanın 40 kilometr dərinliyində hava əməliyyatı keçirməsi məsələsi razılaşdırılıb. Tərəflər terrorçulara qarşı quru əməliyyatının keçirilməsini də müzakirə ediblər”, - qəzet mənbələrə istinadən yazır.