2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb
2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb.
2022-ci ildə bütün Avropa ölkələrinə təsir edən inflyasiya fonunda ən ucuz səyahət ediləcək Avropa ölkələrindən Rumıniya, Portuqaliya və Sloveniya ilk yerlərdədir ki, burada turistlər az xərclə çox yerləri gəzib görə bilər.
Siyahıda həmçinin Macarıstan var ki, burada ən ucuz bir gecəlik mənzillər 16 dollardan başlayır, 3-4 ulduzlu hotellər isə 60-90 dollara başa gəlir. İctimai nəqliyyat üçün aylıq bilet 24 dollar təşkil edir, yemək xərclərini isə 5-25 dollara qarşılamaq mümkündür.
Portuqaliyada 11-51 dollara mənzil tapıla bilər, aylıq ictimai nəqliyyat xərci 41 dollar, ictimai nəqliyyat üçün bir bilet isə 1,6 dollardır.8 dollara doyumlu şəkildə yemək mümkündür.
Sloveniyada ən ucuz gecəlik mənzilin qiyməti 11-15 dollar, münasib otellər isə 38-96 dollar arasında dəyişir. Aylıq bilet 15 dollardır. 12-15 dollara doyumlu yemək mümkündür, fast food isə təxminən 6 dollardır.
Bolqarıstanda ən büdcəli yaşayış təklifləri 14 dollardan, münasib otellərdə isə 36 dollardan başlayır. Aylıq bilet 18 dollara başa gəlir. Yemək xərcləri isə 5-15 dollar təşkil edir.
Rumıniyada ən ucuz yaşayış qiyməti 10 dollardır. 20 dollara olduqca komfortlu şərait tapmaq mümkündür. Birdəfəlik avtobus bileti cəmi 30 sent, aylıq bilet isə 16 dollar təşkil edir. Restoranlarda yeməklərin qiymətləri 6-15 dollar aralığındadır, fast foodu isə 2-4 dollara tapmaq olar.
Slovakiyada 10-30 dollara mənzil tapmaq olar. Yeməyə isə 6-30 dollar sərf olunur.
Moldovada ən ucuz gecəlik yaşayış 5 dollara, münasib otel 30 dollara, beşulduzlu otel isə 150 dollara başa gələcək. İctimai nəqliyyatda tək bilet 40-50 sentdir. Yemək xərcləri isə 10-12 dollar olacaq.