azia.az
azia.az

Fransa kiminlə müharibəyə hazırlaşır?

11-11-2022, 11:56


Fransa Prezidenti Emmanuel Makron ölkəni mümkün müharibəyə hazırlamağı nəzərdə tutan yeni milli strategiya doktrinasını təqdim edib. 

“Le Figaro” nəşrinin məlumatına əsasən, doktrina 2017-ci ildə qəbul edilmiş sənədin davamı olacaq və Fransanın öz maraqlarını qorumaq üçün on strateji hədəfi ehtiva edəcək. O, həmçinin müharibə iqtisadiyyatına dair bir bənd ehtiva edir, lakin bu, ümumi hərbiləşdirməni nəzərdə tutmur. Sənəddə qeyd olunub ki, Fransa Silahlı Qüvvələri zəif cəhətlərini düzəltməli, hakimiyyət isə dünya nizamının məhv edilməsi prizmasından öz strateji ambisiyalarını yenidən nəzərdən keçirməlidir. 

Maraqlıdır, bu doktrina Fransanın hansı müharibədə iştirak edə biləcəyi nəzərdə tutulur? 

Mövzu ilə bağlı “Cümhuriyət”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, hazırda Fransanın həyata keçirdiyi siyasət heç bir dünya dövlətini qane etmir: 

“Hətta Avropa İttifaqı daxilində belə, Fransanın mövqeləri kifayət qədər zəifləyib. İndiki şəraitdə Fransanın İtaliya, Böyük Britaniya və Almaniya ilə çox ciddi fikir ixtilafları mövcuddur. Onlar nə qədər vahid Avropa və Qərb ailəsini təmsil etdikləri haqqında görüntü yaratmağa çalışsalar da, reallıq tam fərqlidir. Yəni Fransa Qərbin özünün daxilində belə ciddi fikir ixtilaflarının əsas qaynaqlandığı mərkəzlərdən biri rolunu oynayır. Həmçinin Fransanın keçmişdə Əlcəzairdə törətdiyi qətliamların və faşist zehniyyətinin bu gün ictimai sferada da davam etdiyini görürük”. 

Politoloq əlavə edib ki, Fransanın daxilində də ciddi fikir ayrılıqları mövcuddur: 

“Orada güc strukturları müxtəlif siyasi və sosial qruplarının etiraz aksiyalarına kobud şəkildə müdaxilə edir. Ona görə də Makronun yeni müharibə strategiyası Fransanı gözləyən növbəti çətinliklərin anonsudur. Fransanın ədalətsizcəsinə və birmənalı şəkildə dünyadakı proseslərdə pozucu rol oynaması da bir çox dünya dövlətlərini ciddi formada narahat edir. Xüsusilə Emmanuel Makronun hakimiyyəti dövründə Fransadakı siyasi ab-havanı radikal bir məcraya daxil olub. Bu isə rəsmi Parisin vəziyyətinin çətin olduğunu göstərir. Fransanın son 2-3 ildəki iqtisadi göstəricilərində də ciddi laxlamalar özünü biruzə verir. Təbii ki, bu məqamdan istifadə edən qüvvələr Fransanın daxilindəki vəziyyəti daha da pisləşdirə bilər. Ümumiyyətlə, Fransa daxildəki müxtəlif qruplara qarşı daha çox zorakılıq tətbiq etmək üçün yeni müharibə strategiyaları hazırlayıb, əhalinin aksiyalarını buna uyğun yatırmaq yollarını nəzərdən keçirə bilər”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi