azia.az
azia.az

1 trilyon dollar itirən dünyada ilk şirkət oldu - FOTO

11-11-2022, 11:53


1 trilyon dollar itirən dünyada ilk şirkət oldu 

Ən böyük elektron ticarət şirkəti olan "Amazon" bazar dəyərini 1 trilyon dollar itirən dünyanın ilk ictimai təşkilatı oldu.

Azia.az  xəbər verir ki, bu barədə cümə axşamı "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, 2022-ci ilin üçüncü rübü (iyul-sentyabr) üçün şirkətin mənfi nəticələrinin dərc edilməsi fonunda investorlar rekord sayda "Amazon" səhmlərini satıblar.

Qeyd edilir ki, 2021-ci ilin iyulunda Amerika şirkətinin bazar kapitallaşması ən yüksək həddə - 1,88 trilyon dollara çatıb. Noyabrın 9-da keçirilən ticarət zamanı "Amazon"un səhmləri 4,3% ucuzlaşaraq şirkətin bazar dəyərini 879 milyard dollara qədər azaldıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi