azia.az
azia.az

Sabiq deputat qətldə İran "barmağı"ndan DANIŞDI: “Rəşad Dağlı təxribatın qurbanı olub”

10-11-2022, 14:46

“Belə bir cinayət hadisəsinin baş verməsi yaxşı hal deyil. Amma görünən odur ki, ölən şəxs Rəşad Dağlıya dəfələrlə zəng vurub. Deməli, o həbsdən çıxandan sonra hardansa tapşırıq alıb. Çünki Rəşad Dağlı Azərbaycanın çox ciddi problemi olan narkotikaya qarşı mübarizə aparıb”. 

Bu fikirləri  Azia.az-a  açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib. 

“Bilirsiniz ki, Azərbaycanda narkotika ilə məşğul olan və yayan İrandır. İran çox ciddi ziyanla üzləşib, ona görə onun əleyhinə olan adamlara qarşı da bir təbliğat aparmaq istəyir. Fars-molla rejiminin ancaq düşündüyü o ola bilərdi ki, gənclər arasında hörməti olan bir adam bu və ya digər formada cinayətin hansı formasında olursa-olsun cəmiyyətdən uzaqlaşdırılsın, təcrid olunsun. Düşünürəm ki, bunu da bu formada həyata keçirdi. Təbii ki, ortada ölüm faktı var və insan həyatına qəsd olunub. Allah-təala kimsəyə icazə vermir ki, onun icazəsi olmadan kimsə kimisə öldürsün. Buna haqq qazandırılmır. Amma onu deyə bilərəm ki, Rəşad Dağlı bir təxribatın qurbanı olub. Ola bilər ölən şəxs onu çox ağır təhqir edib, söyüş söyüb. Çünki o cür düşüncə tərzi olan bir insanın bu cinayəti törətməsi gözlənilən deyil. Meyxana özü şairliyin bir növüdür və bədahətən şeir demək hər adamın işi deyil. Belə bir adamın bu cinayəti planlaşdırmağı belə yanlışdır. Bundan başqa, adam öldürəndən sonra da gəlib təslim olub. Bütün hallarda görünən odur ki, Rəşad Dağlı etdiyi cinayətdən də peşmandır. Amma insanların affekt vəziyyətə salmaq məsələsi var. Bəlkə də, elə təhqirəramiz ifadə işlədib ki, onu bu cinayətə təhrik edib. Bütün bu faktların hamısı nəzərə alınmalıdır. Adam heç vaxt cinayət törətməyib, gözəl ailə sahibidir, qonşuları onunla bağlı xoş fikir söyləyir. Onu şəxsən tanımıram. Amma cəmiyyətin eybəcərliyinə qarşı çıxan adamları dəstəkləmək lazımdır. Təbii ki, cinayət var ortada, amma bunun yüngülləşdirici halları da çoxdur. Burada düşünürəm ki, İran faktoru da var. Nə deyim, Allah qapısını açsın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi