Gözlənilən “sülh” bəyanatı Lavrovdan gəldi
Dünyanın gözlədiyi açıqlama Lavrovdan gəldi.
AZİNFORM.AZ xarici mediaya istinadən bildirir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya dövlət televiziyasına müsahibəsində Rusiya ilə Qərb arasında danışıqların mümkünlüyü barədə açıqlamalar verib.
“Qərbli həmkarlarımız bir daha görüş keçirmək üçün tələb irəli sürsələr, onları dinləməyə hər zaman hazırıq”, -deye Lavrov açıqlamasında bildirib .
Rusiyalı nazir danışıqların uğurlu olması üçün Qərbin qəbul etməli olduğu 2 şərti izah edib. Lavrov bildirib ki, birincisi, Qərb Rusiya Federasiyasının maraqlarını və təhlükəsizliyini tam nəzərə almalıdır. İkincisi isə Qərb Moskvaya gərginliyin azaldılmasına kömək edəcək bəzi ciddi yanaşmalar təklif etməlidir.
Rusiyalı nazir "Bizə bu hörmət prinsiplərinə əsaslanan real təkliflərlə müraciət edilərsə, bizdə eyni rəftarla qarşılıq verəcəyik”, -deyə bildirib.