Rusiyanın 15 bəndlik təklifi var – Paşinyan açıqladı
Erməni cəmiyyətində belə bir rəy yaratmağa çalışırlar ki, guya Ermənistan üçün Rusiyanın təklifləri (sülh sazişi təkliflərindən söhbət gedir - red.) daha sərfəlidir, Qərbin təklifləri isə sərfəli deyil. Amma Ermənistan hakimiyyəti Rusiyanın proqramını rədd edir və Qərbi qəbul edir.
Bildirilir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının 6-cı qurultayında deyib.
"Bağışlayın, ancaq bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur", - o bildirib.
O bildirib ki, iki anlayış var - Rusiya və Qərb, amma Ermənistan Rusiyanın təklifinə öz prinsipial razılığını 2021-ci ilin yanvarında verib:
Bu plan Ermənistana 2021-ci ilin avqustunda təqdim edilib və sentyabrda biz razılığımızı vermişik. Və əgər Rusiya vasitəçi kimi 15 bəndlik təklifləri əsasında sənəd təklif edərsə, biz imzalamağa hazırıq".
Qeyd edək ki, 15 bəndlik təhlif və Rusiyanın qarantlığı barədə fikirlərin rəsmi səviyyədə səsləndirilməsi ilk dəfədir.