5 aydan sonra DÜNYANIN GÖZLƏDİYİ HADİSƏ baş verəcək - ŞOK İDDİA
"İranın Rusiyaya pilotsuz təyyarələr verməsi, Rusiyanın Kiyev və digər şəhərlərə İranın pilotsuz təyyarələri ilə hücumu hər ötən gün daha çox təsdiqini tapsa da Tehran hələ də dünyanı dron satmadığına inandırmaq üçün çıxmadığı oyun qalmayıb".
Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, gələn ilin 16 mart tarixində Rusiya-Ukrayna müharibəsi tamamilə bitə bilər:
"İran gözünün içinə kimi yalan danışır. Artıq hamı hər şeyi çox yaxşı bilir, Tehranın etdiyini gizlətməyə çalışmağı ilə deyilki. Bir şeyi dəqiq bilirəm ki, İran rejiminin də ömrünə az qalıb.
Ukrayna ilə müharibədə ciddi itkilərlə üzləşən Rusiyanın ardınca bir dövlət kimi dağılmaq növbəsi İrana çatacaq.
Ukrayna İranla diplomatik münasibətləri dayandırılma mərhələsində olsa da, layihə təqdim olunsa da Rada İran İslam Respublikasının Ukraynaya qarşı silahlı təcavüzə yardımını pisləyən bəyanat qəbul etməklə kifayətləndi. Yəni diplomatik münasibətlərin kəsilməsi qərarı qəbul edilmədi, sadəcə olaraq pislənildi.
Amma bu o demək deyil ki, İran bundan sonra da Rusiyaya hərbi texnika yardımını davam etdirməkdə davam etsə diplomatik münasibətlər də sona çatdırılmayacaq. İranın Rusiyaya PUA-lar satması terrorizmi himayə edən dövlət kimi tanınmasına kifayət edir.
BMT-dən fərqli olaraq NATO Ukrayna-Ruisya müharibəsinin bitməsinə təsir mexanizmlərini işə salıb. Martın 16-da müharibənin tamamilə bitəcəyini gözləyirəm.
Rusiyanı artıq heç nə xilas edə bilməz. Rəsmi Kreml öz əlləri ilə dövlətini məhv etmə mexanizmi işə salıb və buna görə məsuliyyəti də özləri daşıyırlar".