azia.az
azia.az

Yunanıstan prezidentindən Ərdoğanın sözlərinə QALMAQALLI REAKSİYA

7-09-2022, 12:47

Yunanıstan prezidentindən Ərdoğanın sözlərinə QALMAQALLI REAKSİYA
Türkiyə prezidenti Ərdoğanın Yunanıstanın türk təyyarələrini sıxışdırmasına cavab olaraq dediyi "Ey Yunan, İzmiri unutma. Bir gecə gözlənilmədən gələ bilərik" sözləri Afinada gündəmin ilk sıralarında yer alır.

Həmçinin oxu: Ərdoğan yunanları susdurdu - Geri addım atdılar (VİDEO)

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın bu sözlərindən sonra Afina rəhbərliyi məsələ ilə bağlı BMT, Avropa İttifaqı və NATO-ya məktub göndərib.

Müzakirələr davam edərkən, Yunanıstandan son açıqlama prezident Katerina Sakellaropouloudan gəlib. Slovakiya prezidenti Zuzana Çaputovanı qəbul edən Sakellaropulou Türkiyənin “Aİ üçün təhlükə” olduğunu deyib. "Türkiyənin revizionist siyasəti və qanunsuz hərəkətlərinin təkcə Yunanıstanı deyil, bütün Aİ-nı təhdid etdiyini" müdafiə edən Sakellaropulou, Türkiyə və Rusiyanın bölgədə ciddi təhlükə yaratdığını iddia edib.

Digər tərəfdən, Yunanıstanın baş naziri Mitsotakis dünən axşam qatıldığı mətbuat konfransında prezident Ərdoğanın sözlərinə cavab verərək, NATO müttəfiqi ölkədən Yunanıstanın suverenliyini şübhə altına alacaq hədələrin qəbuledilməz olduğunu vurğulayıb. Mitsotakis bildirib ki, Afina Türkiyə ilə hər zaman mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquq və beynəlxalq dəniz hüququ çərçivəsində dialoq qurmaq istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi