Daha çətin günlər başlayır:Xəbərdarlıq edildi
Yaxın perspektivdə Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalarla bağlı ciddi problemlərlə üzləşəcək.
Cebhe.info xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozef Borrel “Kronen Zeitung” qəzetinə müsahibəsində bildirib. O deyib ki, Avstriya əhalisinin bir hissəsi anti-Rusiya sanksiyalarına şübhə ilə yanaşır.
“Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, bizim texnologiyaya ehtiyacı olacaq. Rusiya çətin vəziyyətə düşüb. Və təbii ki, biz qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətinin qalxdığını danmaq olmaz. Lakin biz azadlığın bədəlini ödəməyə hazır olmalıyıq”, -deyə o vurğulayıb.
Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır, lakin sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Bundan əvvəl Borrell ruslara Şengen vizalarının verilməsinə tam qadağanın tərəfdarı olmadığını bildirib.
Avropa diplomatiyasının rəhbəri bu təşəbbüsü çox mübahisəli adlandırıb.