azia.az
azia.az

Myanmanın keçmiş lideri 6 il müddətinə azadlıqdan məhrum edilib

16-08-2022, 08:43


Məhkəmə Myanmanın keçmiş baş naziri Aun San Su Çji 4 maddə üzrə korrupsiya ittihamı ilə 6 il həbs cəzasına məhkum edib.
Myanmanın keçmiş lideri 6 il müddətinə azadlıqdan məhrum edilib
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, 77 yaşlı siyasətçi səhiyyə və təhsil sektorlarını maliyyələşdirən Do Kxin Çyi Fondunun vəsaitlərindən sui-istifadə etməkdə təqsirli bilinib.

Su Çji ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Bundan əvvəl məhkəmə artıq "Demokratiya Uğrunda Milli Liqa"nın liderini ölkədəki dövlət çevrilişindən sonra ona qarşı irəli sürülən korrupsiya ittihamlarından birincisi üzrə 5 il həbs cəzasına məhkum etmişdi.

Myanmada mülki hökumət 2021-ci il fevralın 1-də hərbi çevriliş nəticəsində devrilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi