Ölüm cəzasına məhkum edilmiş azərbaycanlı professor əməliyyat olundu
Ölüm cəzasına məhkum edilmiş azərbaycanlı professor əməliyyat olundu
İranda ölüm cəzasına məhkum edilmiş etnik azərbaycanlı olan professor Əhmədrza Cəlali növbəti dəfə əməliyyat olunub.
Xatırladaq ki, İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin mayında elmi konfransda iştirak etmək məqsədilə İrana səfər edib və orada saxlanılıb. Professor “Mossad” üçün casusluq fəaliyyəti həyata keçirməkdə ittiham olunub və həbs edilib.
Alimin həyat yoldaşı Vida Mehraniyanın sözlərinə görə, yanvarın 22-də Cəlali ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və bağırsaqlarından əməliyyat olunub. Ertəsi gün onu həbsxanaya qaytarıblar.