azia.az
azia.az

NATO missiyası Kosovada təhlükəyə müdaxilə etməyə hazır olduğunu bildirib

1-08-2022, 09:16


NATO-nun himayəsi altında beynəlxalq missiya tanınmamış Kosovanın şimalında sabitliyə təhlükə yaranacağı təqdirdə müdaxilə etməyə hazır olduğunu bəyan edib.
NATO missiyası Kosovada təhlükəyə müdaxilə etməyə hazır olduğunu bildirib
“Report” xəbər verir ki, bu barədə missiyanın tviter hesabında bildirilib.

"NATO-nun rəhbərlik etdiyi beynəlxalq missiya vəziyyəti diqqətlə izləyir və sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır", - missiyanın tviterdə verdiyi bəyanatda deyilir.

Missiya qeyd edib ki, Kosovanın şimal bələdiyyələrində ümumi təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Bundan əvvəl Serbiya KİV-i xəbər verib ki, tanınmamış Kosovanın şimal hissəsində hava hücumu həyəcan siqnalları səslənib. KİV eləcə də atəş səsləri barədə məlumat verib.

Daha sonra məlum olub ki, Kosova polisi bölgənin şimalındakı “Brnyak” keçid məntəqəsini bağlayıb.

Həmçinin, tanınmamış Kosova polisi xüsusi təyinatlılarının Priştinadan şimala və Metoxiyaya doğru hərəkət etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi