Daha bir ölkədən xəyanət – Türkiyədən sərt reaksiya
Kosovanın Qüdsdə səfirlik açmasından dərin narahatıq və bu addımı kəskin şəkildə qınayırıq.
Azerforum.com bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Öz müstəqilliyini qazanmaq üçün ağır sınaqlardan keçən bir xalqın liderlərinin onillərdir ki, işğal altında yaşayan və ağır insan hüquqlarının pozulması hallarına məruz qalan Fələstin xalqının durumunu gözardı etməsi son dərəcə təəssüfləndiricidir”, – deyə məlumatda deyilib.
Türkiyə XİN Kosova hökumətinə çağırış edərək qeyri-qanuni və məsuliyyətsiz addımdan çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, Kosovanın Xarici işlər və Diaspor Nazirliyi Qüdsdə səfirliyin açıldığını bəyan edib. Bu isə daim Kosovaya dəstək olan və eyni zamanda Qüds məsələsində güzəştsiz mövqeli Ankara tərəfindən kəskin etirazla qarşılanıb.