Ukrayna prezidentindən cəsarətli çıxış: Rusiya terrorçu dövlət kimi tanınacaq
“Gec-tez dünya Rusiyanı terrorçu ölkə kimi tanımalı olacaq. Həm də siyasi jest olaraq deyil, öz müdafiəsi üçün...”
Xəbər verilir ki, bu barədə prezident Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.
Onun sözlərinə görə, Yelenovkada ukraynalı əsirlərin qətlindən sonra dünya Rusiya Federasiyasının hərəkətini yalnız pisləməməli, həm də onu terrorizmin himayədarı olaraq tanımalıdır.
"Sadəcə siyasi ritorika səviyyəsində qınaq kifayət deyil. Bu, bir qırğındır. Bundan sonra terrorçularla necə münasibət ola bilər, belə bir ölkə ilə nə işləri ola bilər?" - deyə Zelenski bildirib.
Ukrayna rəhbərinin fikrincə, belə bir qərar avtomatik olaraq Rusiya ilə müxtəlif siyasi və işgüzar əlaqələrin kəsilməsinə gətirib çıxaracaq.
"Bütün bunlar 100% baş verəcək. Bunu etmək lazımdır. Yeganə problem belə bir qərarın qəbul edilməsinin vaxtı və formatı ilə bağlıdır. Və bu, nə qədər tez baş verərsə, Rusiyanın daha az zülm etməyə vaxtı qalacaq", - deyə V.Zelenski bildirib.
Ukrayna lideri “Yelenovkada cinayətilə bağlı bütün dəlillərin toplanacağını”, “həmin hadisəni törədənlər haqqında bütün məlumatları yayacaqlarını” söyləyib.