Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturuna dair beynəlxalq tədbirdə iştirak ediblər
Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturuna dair beynəlxalq tədbirdə iştirak ediblər
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 30-cu yubiley iclası keçirilib.
10-dan çox ölkədən olan 100-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eləcə də Xidmətin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu, Metrologiya İnstitutu və Akkreditasiya Mərkəzinin nümayəndələri təmsil edib.
İclasda Şuraya daxil olan ölkələrin milli qurumlarının rəhbərləri və mütəxəssisləri arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.