Koronavirus sürətlə yayılır
Rusiyada koronavirusun yayılma əmsalı 1,13-ə çatıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir.
Bu statistikanı TASS tərtib edib. Statistika federal operativ qərargahların açıqladığı rəqəmlər əsasında hazırlanıb.
Ən az yoluxma əmsalı Krasnodar vilayəti (0,81) və Sverdlov vilayətində (0,99) qeydə alınıb.
Ən yuxarı əmsal Peterburq, Samara, Moskva, Rostov şəhərlərində qeydə alınıb. Nijeqorod vilayətində əmsal 1,69-a bərabərdir ki, bu da il ərzində Federasiya üzrə ən yüksək göstəricidir.
Qeyd edək ki, yayılma əmsalı dedikdə 1 xəstənin neçə nəfəri yoluxdura bilməsi nəzərdə tutulur.