azia.az
azia.az

Ombudsman Aparatının əməkdaşları Gəncə Psixiatriya xəsətəxanasında axtarış aparıb? – Qanunvericilik bu hüququ onlara verirmi?

9-06-2022, 08:17


Cari ilin 07.06.2022-ci il tarixində Ombudsman Aparatının 4 nəfər nümayəndəsi Psixiatriya Xəstəxanasına daxil olaraq orada arama-tarama işləri aparıb.
Ombudsman Aparatının əməkdaşları Gəncə Psixiatriya xəsətəxanasında axtarış aparıb? – Qanunvericilik bu hüququ onlara verirmi?
Özəl mənbə bildirib ki,Ombudsman Aparatının əməkdaşları xəstəxananın birinci mərtəbəsində laboratoriya, stomatoloji kabinet, ŞÜA diaqnostika şöbəsi, EKQ, mühasibatlıq şöbəsi, psixoloq kabineti, kadrlar şöbəsi və operator otağı da daxil olmaqla hər yerdə axtarış apardılar.Hətta verilən məlumata görə bir nəfər xanım həkimin üst-başına qədər məcbur ediblər ki, baxmalıyıq.

Xəbər verilir ki, Gəncədə Səhiyyə Nazirliyinin nəzdində olan Psixiatriya xəsətəxanası qapalı müəsissə olduğundan Ombudsman Aparatının əməkdaşları xəstələrin saxlanma şəraitinin, rəftarın və daxil olan müraciətlərin araşdırılması, xəstələrin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olubsa niyə həkim personalın üst-başları və iş yerləri axtarışa məruz qalıb?

Ümummiyyətlə Ombudsman Aparatının məqsədi xəstələrin saxlanılması ilə bağlı idisə müəssisənin xəstələri niyə təkbətək qəbul edilməyib?
Məlumat verən mənbə saytımıza onu da bildirib ki, Ombudsman Aparatının əməkdaşları müəssisədə xəstələr üçün açılan xəstəlik kağızlarının belə foto şəkillərinidə çəkib götürüblər.Görəsən, bu “dəlixanada” nələr baş verir?

Əgər Müvəkkilin fəaliyyəti insan hüquqlarının müda­fiə­sini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını tə­min etməkdirsə onda digər dövlət orqanlarının səlahiyyətləri niyə məh­dudlaşdırılır?

Sual edirik , İnsan hüquqlarının pozulmasına dair hər hansı bir şikayətlə bağlı Ombudsman Aparatının əməkdaşları təşkilatlarda axtarış apara bilərmi? Əlbəttdə Yox!

Bildiyimiz kimi «Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlağını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirri, habelə milli təhlükəsizliyi сinayətkar qəsdlərdən müdafiə etmək məqsədilə həyata keçirilir». Belə olan halda müvafiq dövlət qurumlarının səlahiyyətlərinə aid olan vəzifəni Ombudsman Aparatının əməkdaşları niyə mənimsəyib?

Redaksiya olaraq inanırıq ki, Gəncə Psixiatriya xəsətəxanasında baş verənlərlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva araşdırma aparmaqlla ictimaiətə açıqlama verəcəkdir.

Məlumata üçün onu da qeyd edək ki, Gəncə Psixiatriya Xəstəxanasında yoxlama aparan qurupa İnsaf adlı Ombudsman Aparatının əməkdaşı rəhbərlik etdiyi bildirilir./dunyaninsesi.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi