Rus alay komandiri özünü GÜLLƏLƏDİ
Rusiya Silahlı Qüvvələrinin 4-cü tank diviziyasının 13-cü tank alayının komandiri özünü güllələyib. Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. Hadisənin səbəbi avadanlıqların oğurlanması faktlarının üzə çıxması olub. O, məsuliyyətdən yaxa qurtarmaq üçün özünü öldürmək qərarına gəlib.
Xatırladaq ki, bu gün Ukrayna-Rusiya arasındakı müharibənin 33-cü günüdür.