Belarus Ukrayna ilə sərhəddə qoşun topladı - FOTO
Kosmik texnologiya şirkəti “Maxar” Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin yığılmasının fotolarını nümayiş etdirib.![]()
Xəbər verilir ki, kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsini görmək olar. Şəkillər 18 mart tarixinə aid olsa da, yalnız bu gün dərc olunub.
NATO-nun adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.![]()