azia.az
azia.az

Belarus Rusiya ilə yeni qaz müharibəsi astanasındadır

4-05-2016, 12:27

Belarus Rusiya ilə yeni qaz müharibəsi astanasındadır Belarus Rusiyadan aldığı qazın qiymətini aşağı salmaq niyyətindədir. Bu barədə Belarusun baş naziri Vladimir Semaşko bildirib.
“Belarus Rusiya qazını “Qazprom Transqaz Belarus” ASC-nin təklif etdiyi qiymətdən daha aşağı qiymətə almaq niyyətindədir”, - deyə Semaşko bildirib.
“Cari ilin yanvarın 1-dən etibarən qazı xarici müəssisə statusu olan “Qazprom Transqaz Belarus” ASC-nin təklif etdiyi qiymətdən daha aşağı qiymətə almaq üçün bizim bütün əsaslarımız var”, - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, Rusiyanın “Qazprom” konserninin törəmə şirkəti olan “Qazprom Transqaz Belarus” ASC yerli dövlət müəssisələrinə qarşı qaza görə əskik ödənişlərlə əlaqədar Belarusun Arbitraj Məhkəməsində iddia qaldırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi