Rusiyalı oliqarxların mülkləri haqqında məlumat verənlər milyonlar alacaq
Rusiyalı oliqarxların mülkləri haqqında məlumat verənlər milyonlar alacaq
ABŞ hökuməti rusiyalı oliqarxlarının aktivləri haqqında məlumat verən amerikalılara potensial olaraq 5 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu barədə "Daily Mail" yazır.
Qeyd olunur ki, bu addım ABŞ rəsmilərinin Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə qarşı sanksiya tətbiq etmək səylərinin bir hissəsidir. Hal-hazırda Avropa ölkələri rusiyalı oliqarxlarının yaxtalarını, malikanələrini və şəxsi təyyarələrini müsadirə edir.
Planın özü müharibədən əvvəl yaradılmışdı. O, Tramp administrasiyası dövründə Konqres tərəfindən müdafiə xərcləri planının bir hissəsi kimi təsdiqlənib, amma rəsmi olaraq məhz bu həftə istifadəyə verilib.
Yeni proqrama əsasən, “Rusiya Federasiyası hökuməti ilə bağlı” aktivlərin müsadirəsi ilə nəticələnən məlumatı ötürən istənilən ABŞ vətəndaşı 5 milyon dollar ala bilər. Bu barədə çərşənbə günü Maliyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.
Aktivlərə varlı rusiyalılara məxsus yaxtalar, təyyarələr və daşınmaz əmlak, həmçinin ABŞ hökuməti tərəfindən məqsədəuyğun hesab edilən oliqarxlara məxsus hər hansı maliyyə aktivləri daxil ola bilər. Ödənişin məbləği 5 milyona keçə bilər - əgər hökumət hesab etsə ki, vəziyyət daha ciddi ödəniş tələb edir.
Xəzinədarlıq Departamentinin komitəsi "hər bir halda uyğunluğu" nəzərdən keçirəcək və sonda Xəzinədarlıq katibi Canet Yellen tərəfindən təsdiqlənməlidir.
Nyu-York məhkəməsinin vəkili Joe Valenti şənbə günü USA Today-ə bildirib ki, proqram ABŞ hökumətinin “hər mümkün vasitədən istifadə etməyə və iqtisadi sanksiyalar üçün çox səy göstərməyə” hazır olduğunu göstərir.
Valentinin sözlərinə görə, aktivlər Putinin müttəfiqinə məxsus olarsa, demək olar ki, dəyəri olan hər şeyi müsadirə edilə bilər - daşınmaz əmlak, zərgərlik, investisiyalar və ya hətta incəsənət nümunələri.