azia.az
azia.az

“Əgər bu iddianı təmin etsək bütün oliqarxların arvadları boşanmaq üçün bura axın edəcək...”

10-11-2019, 01:37


London məhkəməsi rusiyalı milyarder-oliqarx Vladimir Potaninin keçmiş arvadı Natalya Potaninanın əmlakın bölgüsünə dair iddiasını təmin etməyib.

Virtualaz.org xəbər verir ki, beləliklə, məhkəmə oliqarxın sərvətinin üçdə birini-6 milyard dolları onun keçmiş arvadına verməyib.
“Əgər bu iddianı təmin etsək bütün oliqarxların arvadları boşanmaq üçün bura axın edəcək...”
Əgər bu iddia təmin edilsəydi o zaman Böyük Britaniya tarixində ən bahalı əmlak bölgüsü olacaqdı. “Daily Mail” və “Bloomberg” xəbər verir ki, hakim Natalya Potaninanın iddiasının təmin edilməməsini maraqlı arqumentlə əsaslandırıb. “Əgər biz bu şikayəti təmin etsək o zaman boşanma turizminin qarşısında praktiki olaraq heç bir maneə qalmayacaq, bütün zənginlər və ya onların arvadları boşanmaq üçün Londona üz tutacaq”,-hakim bildirib.

Natalya Potanina iddiasında göstərirdi ki, Rusiya məhkəməsinin qərarı ilə ərindən boşanıb, amma onun sərvətindən cəmi 41.5 milyon dollar ala bilib. Potanin isə məhkəmədə həmin təzminatın 84 milyon dollar olduğunu göstərib. Oliqarx məhkəmə prosesində şəxsən iştirak etmək üçün Londona gedib.

Oliqarxın arvadı hesab edir ki, Potanin 18 milyard dollarlıq sərvətini onların 31 illik birgə nigahı dövründə qazanıb və deməli sərvətin bu cür bölgüsü ədalətli deyil. İngiltərə standartlarına görə isə, ümumiyyətlə “heç nədir”.

Bu baxımdan Natalya Potanina məhkəmənin qərarından məyusdur və apellyasiya şikayəti verəcək. Məhkəmə çəkişməsində Vladimir Potaninin maraqlarını “madam Şepoklyak” ləqəbli (multfilm qəhrəmanı) məşhur və qalmaqallı vəkil, baronessa Fiona Şeklton müdafiə edirdi. Bu həmin Şekltondur ki, daha bir rusiyalı milyarderin-Fərhad Əhmədovun keçmiş arvadı Tatyananın ona qarşı London məhkəməsində qaldırdığı iddianı müdafiə edirdi.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi