azia.az
azia.az

Aİ rusiyalı oliqarxlardan alıb ukraynalılara verəcək

20-03-2022, 08:10


Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində rusiyalı oliqarxların müsadirə edilən aktivlərini Ukrayna üçün istifadə etməyi nəzərdən keçirirlər.
Aİ rusiyalı oliqarxlardan alıb ukraynalılara verəcək
Xəbər verilir ki, bununla bağlı qanun layihəsi müzakirə mərhələsindədir.

Yekun qərarın yaxın vaxtlarda qəbul olunması gözlənilir.

Qeyd edək ki, Aİ tərəfindən Rusiyaya tətbiq olunan 4 sanksiya paketi çərçivəsində rusiyalı oliqarxların aktivləri üzərinə həbs qoyulub, bir çox ölkə onların super yaxtalar, təyyarələr və daşınmaz əmlak kimi aktivlərini müsadirə edib.

Təkcə İtaliyada üzərinə həbs qoyulan aktivlərin dəyəri 780 milyon avroya çatır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi