azia.az
azia.az

Ukrayna rəsmən şad xəbəri açıqladı: Rusiyanın hücumları dayandırılıb

21-03-2022, 09:10


"Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur".
 Ukrayna rəsmən şad xəbəri açıqladı: Rusiyanın hücumları dayandırılıb
Xəbər verilir ki, bunları Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər. "Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük", - o əlavə edib.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi