Bayden Putini hərbi cinayətkar adlandırıb
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini hərbi cinayətkar hesab edib. Bayden Ağ Evdə jurnalistlərə müsahibə verərkən “Fox News” telekanalının müxbiri ondan rusiyalı həmkarını hərbi cinayətkar adlandırmağa hazır olub-olmadığını soruşub.
Bayden bu suala əvvəlcə cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub.
Bundan sonra Bayden cavabında: "O, hərbi cinayətkardır" deyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ liderinin bu çıxışına münasibət bildirib.
Peskov “RİA Novosti”yə açıqlamasında Co Baydenin ritorikasını bağışlanmaz adlandırıb.
“Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”,- deyə Kremlin sözçüsü vurğulayıb