azia.az
azia.az

"Qırıcı kolonumuzu darmadağın etdi, qorxudan ürəyimiz yerindən çıxdı" - Kadırovçular GERİ QAYIDIR - VİDEO

11-03-2022, 08:29


"Qırıcı kolonumuzu darmadağın etdi, qorxudan ürəyimiz yerindən çıxdı" - Kadırovçular GERİ QAYIDIR - VİDEO
“Allah haqqı, bu gün qırıcı bizim kolonu darmadağın etdi, BTR-lərimiz dağıldı, qorxudan ürəyim az qala yerindən çıxdı”.
"Qırıcı kolonumuzu darmadağın etdi, qorxudan ürəyimiz yerindən çıxdı" - Kadırovçular GERİ QAYIDIR - VİDEO

Xəbər verilir ki, bunu Ramzan Kadırovun Ukraynaya döyüşməyə gedən “qəhrəman” kadırovçularından biri deyib.


Ukrayna xüsusi xidmət orqanları aralarında kadırovçuların da olduğu işğalçıların danışıqlarını dinləməkdə davam edir.


Belə ki, bu dəfə daxili işlər nazirinin müşaviri Anton Geraşenko söhbətin səs yazısını paylaşıb. Səs yazısında kadırovçu bir nəfər bu gün qırıcı təyyarənin onlara hücumu ilə bağlı telefonda kiməsə şikayət edir.


Bundan əlavə, kadırovçu ürəyinin qorxudan az qala çıxdığını deyib. Xəttin o biri ucundakı adam soruşur ki, bu qırıcını vura bilərdilərmi? İşğalçı buna belə cavab verir: “Onun bizim olub-olmadığını bilmirdik. Bizə heç nə demirlər – bu, variant deyil”.


O, həmçinin əlavə edib ki, kadırovçular yol boyu dağılmağa başlayan zirehli transportyorları özləri partladıblar. Həm də bunu ona görə edirlər ki, Ukrayna hərbçiləri onları aparmasın.


“Nəyimizə lazımdır. Qaylıdırıq geri. BTR-lərimizi vurdular, partlatdılar. Sınan BTR-ləri özümüz partladırıq ki, onların əlinə keçməsin”, – deyə kadırovçu bildirib.


Həmin səs yazısını təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi