Hərbi qurğunun kütləvi istehsalına başlandıİran yeni “Karar” (Hücum) tanklarının kütləvi istehsalına başlayıb.
İstiPress-in “Fars” agetnliyinə istinadən verdiyi xəbərə görə, yeni tank bu gün İran müdafiə naziri Hoseyn Dehqanın iştirak etdiyi tədbirdə nümayiş etdirilib. Bu tank ən müasir atəş və müdafiə sistemləri ilə təchiz edilib. “Karar” hərəkətsiz və hərəkətli obyektlərə dəqiq zərbə endirmək, müxtəlif maneələri aşmaq qabiliyyətinə malikdir. H. Dehqan deyib ki, bu tank İran Silahlı Qüvvələrinin gücünün simvoludur.
Bundan əvvəl İran “Zülfüqar” tankının müxtlif modifikasiyalarını istehsal edib.