azia.az
azia.az

Zelenski Ərdoğan haqda elə sözlər dedi ki... - "Bunu təkcə o bacarar..."

3-03-2022, 23:43

Zelenski Ərdoğan haqda elə sözlər dedi ki... - "Bunu təkcə o bacarar..."
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün bir çox addımlar atdığını bildirib.

Azia.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o, bu barədə xarici jurnalistlərə Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaqdan imtinasını şərh edərkən bildirib.

“Şəxsən bizim prezident Ərdoğanla güclü şəxsi münasibətlərimiz var. Çox yaxşı münasibətlərimiz var. Oradan pilotsuz təyyarələr alınıb və bu, böyük bir şeydir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o, həm də bir çox addımlar atır ki, Rusiya prezidenti müharibəni başa çatdırmaq lazım olduğunu başa düşsün”, - deyə Zelenski bildirib.

O, aydınlaşdırıb ki, bir çox liderlər Rusiya prezidentinə müharibəyə son qoyulmalı olduğu anlayışını çatdıra bilər. Onun sözlərinə görə, bu imkanı olanlardan biri də Ərdoğandır:

"Düşünürəm ki, o, Ukraynanın təhlükəsizliyinin təminatçılarından biridir. Biz Rusiya prezidenti ilə danışıqlar masası arxasına oturanda - mən buna inanıram - Rusiya və Ukrayna məhz bu təhlükəsizlik zəmanətlərini almalıdır. Ona görə də Ərdoğan bu prosesə təsir göstərəcək. Mən buna, həqiqətən, inanıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi