azia.az
azia.az

Ukraynanın "Xudayar"ı-VİDEO - FOTO

1-03-2022, 08:16


İdarə etdiyi avtomobilin sükan arxasında oxuduğu mahnının videogörüntüləri sosial şəbəkələrdə yayılandan sonra məşhurlaşan ukraynalı hərbçi artıq Azərbaycanda da tanınır.
Ukraynanın "Xudayar"ı-VİDEO - FOTO
Onu sosial şəbəkələrdə "Ukraynanın Xudayarı" adlandırırlar.

Bildirilir ki, sözügedən hərbçinin oxuduğu "Brattya Ukraintsi" ("Ukraynalı qardaşlar") mahnısının müəllifi "Şablya" qrupunun rəhbəri və solisti Vova Geyzerdir. Mahnı 2014-cü ildə Donbasda separatçılara qarşı keçirilmiş antiterror əməliyyatına yollanan könüllülərə və hərbçilərə həsr olunmuşdu.

Mahnı Ukraynada çox populyardı. Sonradan Donbasdakı antiterror əməliyyatının rəsmi himninə, daha sonra Ukrayna Milli Qvardiyasının N.Kulçitski adına alayının rəsmi mahnısına çevrildi.

Kadrlarda gördüyünüz şəxs isə Ukrayna Silahlı Qüvvələrinin "Qış yürüşü" adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqadasının (A0666 saylı hərbi hissə) çavuşu Yuri Qorodetskidir.

Video fevralın 4-də çəkilib.

Y.Qorodetskinin döyüşlərdə həlak olması barədə məlumat yoxdur və deməli, o, sağdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi