azia.az
azia.az

Ərəb koalisiyası: Qırmızı dənizdə husilərə məxsus minalanmış qayıq məhv edilib

19-02-2022, 09:05


Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının qüvvələri husilərin gəmisini məhv edib.
Ərəb koalisiyası: Qırmızı dənizdə husilərə məxsus minalanmış qayıq məhv edilib
Xəbər verilir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

Minalı qayıq Hodeyda limanından çıxıb və Qırmızı dənizin cənub hissəsində zərərsizləşdirilib.

Husi tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

2014-cü ildən Yəməndə silahlı qarşıdurma davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin martından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

BMT-nin hesabatlarına görə, müharibə 377 min insanın həyatına son qoyub.

Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə humanitar böhran qorxulu həddə çatıb.My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi