“Suriyada partizan müharibəsi təhlükəsi mövcuddur“
Suriyada müharibə Hələbin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi ilə bitməyəcək. Belə olan halda, çox güman ki, müxalifətin partizan müharibəsi aparması ehtimalı çox yüksəkdir
Xebervakt.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura İsveçin "Svenska Dagbladet" qəzetinə verdiyi müsahibəsində deyib.
"Bu müharibə Hələbin ələ keçirilməsi ilə bitən deyil. Yəni bilavasitə müharibə fazası bitə bilər, Hələb Suriya hökumətinin nəzarəti altına keçə bilər, minlərlə insan həlak ola, təxminən 150 min nəfər qaçqına çevrilə bilər. Bundan sonra qanlı partizan müharibəsinin başlaması ehtimalı çox böyükdür. Müxalifət ona yardım edən ölkələrin dəstəyi ilə mübarizəni davam etdirəcək. Bu hamı, o cümlədən Bəşər Əsəd və onu dəstəkləyənlər üçün dəhşətli ssenaridir. Hər halda indi elə görünür ki, Əsəd məsələnin hərbi yolla həll ediləcəyinə əmindir. Güman edirəm ki, Rusiya bu cür ssenarinin həyata keçirilməsinin tərəfdarı deyil", deyə de Mistura bildirib.